İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan iflasın astanasındadır”

“Nikol Paşinyan Ermənistan iqtisadiyyatının vəziyyətini İrəvanın mərkəzindəki kafelərin doluluğu və Sevan gölündə dincələnlərin sayı ilə ölçür”.

Musavat.com xəbər verir ki, bu barədə erməni siyasətçi, “Ana Ermənistan” partiyasının lideri Andranik Trvanyan yazıb.

Tevanyanın iddiasına görə, statistika tamam fərqli mənzərəni ortaya qoyur.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən, ölkənin xarici ticarət dövriyyəsi azalıb, daha dəqiq desək, kəskin şəkildə çöküb. Bu ilin iyun ayı ilə ötən ilin iyun ayını müqayisə etdikdə xarici ticarətdə 16,6% azalma qeydə alınıb. İxrac 15,9%, sənaye istehsalı isə təxminən 2% azalıb.

Əgər ötən ilin ilk yarısı ilə cari ilin ilk yarısını müqayisə edilsə, vəziyyət daha fəlakətli görünür. Xarici ticarət dövriyyəsi 45% azalıb.

Daha qorxulu statistika isə ixracda – 52,8% azalma qeydə alınıb. İdxal da ciddi şəkildə azalıb – 39,6% həcmində. Sənaye istehsalındakı ümumi azalma isə yarım il ərzində 12,1%-ə çatıb.

“Bu rəqəmlər hər şeyi açıq şəkildə göstərir. Onlar sübut edir ki, Ukraynadakı müharibə və Rusiya ilə Qərb arasındakı qarşıdurma fonunda paralel ixracla məşğul olan Ermənistan artıq keçən ilki kimi iqtisadi qazanc əldə edə bilmir. Başqa sözlə deyilsə, ötən ilin müsbət göstəricilərində Paşinyanın rəhbərlik etdiyi hökumətin rolu demək olar ki, olmayıb. O dövrdə “göydən pul yağıb”, hökumət isə bunu öz uğuru kimi qələmə verib. Bu il isə paralel ixrac imkanları (o cümlədən Paşinyanın özünün apardığı siyasət nəticəsində) məhdudlaşıb və nəticədə kəskin iqtisadi geriləmə yaşanır.

Beləliklə, Paşinyanın “kafe doludur, deməli, iqtisadiyyat güclüdür” arqumenti yalnız ucuz təbliğat vasitəsidir və real göstəricilərlə heç bir əlaqəsi yoxdur”, - deyə Tevanyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR