İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kütləvi həbslər: etiraz liderləri, hərbçilər və media simaları saxlanılıb

Ermənistanda etirazlarla bağlı həbslər davam edir.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, son günlər ərzində bir sıra tanınmış ictimai-siyasi fiqur, hərbçi və media nümayəndəsi saxlanılıb. Onlar hazırkı hökumətə qarşı qanunsuz fəaliyyətlərdə və çevriliş planlarında iştirakda ittiham olunurlar.

Saxlanılanlar arasında aşağıdakı şəxslər yer alır:

  • Baqrat Qalstanyan – tanınmış dini şəxs və etiraz hərəkatının liderlərindən biri;

  • Ara Rostomyan – siyasi fəal, küçə aksiyalarında aktiv iştirak edib;

  • Polkovnik Mihran Magsudyan – hərbçi, etirazçılara dəstəkdə şübhəli bilinir;

  • David Qalstyan – Qarabağ separatçısı, siyasi dəstək verməkdə ittiham olunur;

  • İqor Sarqsyan – “Daşnaksütyun” partiyasının Büro üzvü, aksiyaların təşkilində iştirakı araşdırılır;

  • Tiqran Qalstyan – sahibkar, maliyyə dəstəyi verməsi ilə bağlı məlumatlar var;

  • Armen Aleksanyan – bloger, etirazları aktiv işıqlandırdığı və cəmiyyətə təsir göstərdiyi ehtimal olunur.

Eyni zamanda Baş nazir Nikol Paşinyan sensasion material yayıb – arxiyepiskop Bağrat Qalstanyan və onun tərəfdarları arasında baş tutmuş söhbətin audioyazısı. Yayımlanan səs yazısında hakimiyyətin zorla devrilməsi, silahlı qrupların yaradılması və hətta atışmaların planlaşdırıldığı ifadələr yer alır.

Hadisələr fonunda ölkədə vəziyyət gərgin olaraq qalır. Müxalifət həbsləri siyasi repressiya adlandırır, hakimiyyət isə dövlət çevrilişi təhlükəsinin qarşısının alındığını bildirir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR