İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür?

Ermənistanda baş verənlər təkcə “Ermənistan Elektrik Şəbəkələri” ilə yekunlaşmayacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli ekspert Vahe Davtyan özünün “Facebook” səhifəsində yazıb.

“Çevriliş planı” adı altında aparılan xüsusi informasiya əməliyyatı ilk baxışda göründüyündən daha dərin məqsədləri izləyir. Həmin “planda” “Qazprom Ermənistan” və “Cənubi Qafqaz Dəmir Yolu” da guya qarşısı alınmış çevrilişin iştirakçıları kimi göstərilir. Bu isə faktiki olaraq həmin şirkətlərin milliləşdirilməsi üçün zəminin hazırlanması anlamına gəlir”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı belə bir addımın atılması daha asan ola bilər, çünki dəmir yolu infrastrukturunun dövlətə məxsus olması bu prosesi sadələşdirir. “Qazprom” məsələsində isə bu cür ssenari enerji təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər və “Vətəndaş Sazişi” partiyasının Azərbaycandan təbii qaz idxalı ilə bağlı ritorikasını yenidən gündəmə gətirə bilər.

Musavat.com

 
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR