Onlayn ictimai-siyasi qəzet
Tiflis meriyası ötən gün müxalifətin keçirdiyi mitinq nəticəsində şəhər infrastrukturuna ciddi ziyan dəydiyini bildirib.
Musavat.com xəbər verir ki, açıqlamada bildirilir:
"Mədəni irs abidələrinin fasadları, jalüzlər və dekorativ işıqlandırma elementləri zədələnib".
Bundan əlavə, etirazçılar piyada səkilərini, işıq dirəklərini, elektrik xətlərini, Prezident Administrasiyasının həyətindəki hasarı və digər infrastruktur obyektlərini dağıdıblar.
Bələdiyyə xidmətləri artıq dağıntıların bərpası işlərinə başlayıb.
Musavat.com
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ