Onlayn ictimai-siyasi qəzet
Tibetin şərq yamacında güclü qar fırtınası səbəbindən təxminən minə yaxın alpinist Everestdən enə bilmir.
Musavat.com Çinin “Sanxiang Dushibao” qəzetinə istinadən bildirir ki, xilasetmə əməliyyatları intensiv qar fırtınası səbəbindən çətinləşib.
“Məlumatlara görə, bütün marşrut boyunca minə qədər insan tələyə düşmüş ola bilər. Bəziləri müstəqil şəkildə enə bilsə də, əksəriyyətinə kömək lazımdır”, – nəşr qeyd edir.
Fırtına 4 oktyabr axşamı başlayıb və görünürlük bir metrdən də az olub. Marşrutun əsas hissələri sıx qarla örtülüb. Everestin baza düşərgəsindəki turistlər çadırlara sığınmalı olublar, lakin bəzi sahələrdə qar tamamilə sığınacaqları basıb.
Everest Landşaft Parkına giriş və bilet satışları şənbə axşamından dayandırılıb. "Reuters" agentliyinin məlumatına görə, parka aparan yollar qar səbəbindən bağlanıb.
Musavat.com
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ