İnsanlara hürriyət, millətlərə istiqlal!

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb

Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”də Azərbaycan pavilyonunda ölkənin turizm potensialı təqdim edilib.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub. Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib.

Pavilyonun “Yeddi Gözəl” konsepsiyasına uyğun olaraq Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın Yeddi Marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan milli pavilyonu “Expo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven Bridges for Sustainability”) mövzusunu əhatə edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR