İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya müdafiə naziri xəbərdarlıq etdi: “Rusiya ikinci hərbi mərhələyə hazırlaşır”

Finlandiyanın müdafiə naziri Antti Hyakkanen bildirib ki, Rusiya Avropa İttifaqı sərhədləri yaxınlığında hərbi qüvvələrini artırır və bu, ikinci hərbi aqressiya mərhələsinin başlanğıcı ola bilər.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, Moskva Ukrayna müharibəsindən sonra da hərbi potensialını gücləndirməyə davam edir və bu, NATO ölkələri üçün real təhlükə yaradır.

“Rusiya, şübhəsiz ki, öz hərbi hazırlıqlarını ikinci mərhələyə keçirmək üçün artırır. Ukrayna müharibəsi başa çatdıqdan sonra belə, alyans üzvləri üçün risklər qalacaq,” – deyə Hyakkanen vurğulayıb.

Finlandiya tərəfi hazırda müdafiə strategiyasını yenidən nəzərdən keçirirregionda NATO qüvvələrinin möhkəmləndirilməsi istiqamətində addımlar atır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR