İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa qorxulu ssenarini açıqladı: Rusiya HƏRƏKƏTƏ KEÇİR

Fransa hakimiyyəti 2030-cu ilə qədər Avropada genişmiqyaslı münaqişənin baş verməsini mümkün hesab edir. Bu qarşıdurmada Fransanın və onun müttəfiqlərinin, xüsusilə də Avropa dövlətlərinin iştirak edə biləcəyi ehtimal olunur.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin 2025-ci il üzrə “Milli Strateji İcmal” (RNS) sənədində qeyd olunub.

“Artıq aydındır ki, biz Avropada milli sərhədlərdən kənarda baş verə biləcək, yüksək intensivlikli genişmiqyaslı müharibə təhlükəsinin artdığı yeni bir dövrə qədəm qoyuruq. Bu müharibəyə Fransa və onun müttəfiqləri, xüsusilə də Avropa ölkələri cəlb oluna bilər. Eyni zamanda, ölkə ərazisi də kütləvi hibrid hücumlara məruz qala bilər”, – deyə Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin (SGDSN) saytında yayımlanan sənəddə bildirilir.

Sənəddə Rusiya təhdidinə tez-tez toxunulur. Xüsusilə qeyd olunur ki, yaxın üç-beş il ərzində Rusiyanın Avropaya qarşı aqressiyası ehtimal olunur. Fransa hakimiyyəti bu hücumların Moldovada, Balkanlarda və ya hətta NATO üzvü olan dövlətlərə qarşı baş verə biləcəyini istisna etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR