İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada PSJ azarkeşlərinin kütləsinə avtomobil çırpıldı - VİDEO

“Pari Sen-Jermen” (PSJ) futbol klubunun azarkeşləri tərəfindən Parisdə təşkil edilmiş iğtişaşlar zamanı izdihama avtomobil çırpılıb.

Bu barədə “Parisien” qəzeti yazıb.

Dünən Paris klubu tarixində ikinci dəfə Çempionlar Liqasının finalına çıxıb, London “Arsenal”ına qarşı hər iki matçda qələbə qazanıb. Azarkeşlərin uğuru qeyd etməsi Yelisey meydanlarında kütləvi iğtişaşlara çevrilib. PSJ-nin minlərlə azarkeşi küçələrdə fişənglər yandırıb, petardalar partladıb, mağaza vitrinlərini dağıdıb və dəyənək və gözyaşardıcı qaz tətbiq edən asayiş keşikçiləri ilə toqquşmalara giriblər.

Axşam Xristofor Kolumb küçəsində azarkeşlərin kütləsinə avtomobil çırpılıb. Ehtimal ki, azarkeşlər maşını əhatəyə alıb və pəncərələrini sındırmağa çalışıblar. Sürücü mümkün qədər tez getməyə çalışaraq üç nəfəri vurub. Toqquşma nəticəsində azarkeşlərdən biri son dərəcə ağır xəsarətlər alıb və hazırda kritik vəziyyətdədir. Toqquşmadan sonra onlarla azarkeş avtomobilin arxasınca qaçıb və onu yandırıblar. Avtomobil partlayıb və yanğınsöndürənlər tərəfindən söndürülməli olub.

Avtomobilin sürücüsünün həbs edilib-edilmədiyi hələ bəlli deyil.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR