Onlayn ictimai-siyasi qəzet
Göyçayda yeşik sexində başlayan yanğın iki evə keçib.
Musavat.com xəbər verir ki, nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Mənzillərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.
Alovun söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə Musavat.com-a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ