Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb.
Musavat.com bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 12 nəfər təbii fəlakət zonasından təxliyə edilib, onlardan beşi uşaqdır. Xilasetmə əməliyyatı gecə boyu davam edəcək.
Hadisə nəticəsində koteclər dağılıb, körpü dağılaraq çaya aşıb, yollara ciddi ziyan dəyib.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ