İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər gün istifadə edirik: elm adamları ən zərərli çayı adlandırdılar

Çayın faydaları və zərərləri ilə bağlı suallar bir çox insanı düşündürür.

Diyetoloq Yuliya Kovaleva bildirib ki, çayın tərkibində faydalı maddələr olsa da, həddindən artıq istifadə orqanizmə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, gündə 5-6 stəkandan çox çay içmək kofein yükünü artırır, bu da yuxu pozuntularına və yüksək təzyiqə səbəb ola bilər. Ən zərərli çay növü kimi isə paket çaylar göstərilir. Kovaleva qeyd edib ki, bu çaylar isti suda dəmləndikdə mikroplastik və nanoplastik hissəciklər buraxa bilər. Bu hissəciklər həm insan sağlamlığı, həm də ətraf mühit üçün təhlükəlidir.

Mütəxəssis çaydan ölçülü istifadə etməyi və mümkün qədər təbii üsulla dəmlənən çaylara üstünlük verilməsini tövsiyə edir./News24.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR