İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda sel vətəndaşı apardı, polis son anda xilas etdi – VİDEO

Bu gün Hacıqabul rayonunun Paşalı kəndi yaxınlığında güclü sel nəticəsində vətəndaş təhlükə ilə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, hadisə zamanı velosipedlə hərəkət edən şəxs sel sularını keçməyə cəhd edib.

Ancaq axının güclü olması səbəbindən suya düşüb.

Hadisə yerində xidmət aparan polis əməkdaşı, Hacıqabul Rayon Polis Şöbəsinin serjantı Yunis Muradbəyli vəziyyəti görüb dərhal suya atılaraq vətəndaşı xilas edib.

Hadisəyə aid görüntülər sosial şəbəkələrdə geniş yayılıb və polis əməkdaşının fədakarlığı izləyicilər tərəfindən təqdirlə qarşılanıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR