İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan pakistanlı həmkarına zəng vurdu

Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Dara zəng edərək Hindistanla gərginliyi müzakirə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, söhbət zamanı Pakistan və Hindistan münasibətlərindəki son hadisələr müzakirə olunub.

Hakan Fidan regional təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib, Türkiyənin Hindistanın təcavüzkarlığı fonunda Pakistanla həmrəy olduğunu deyib.

Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Hindistan hakimiyyəti öz ehtiyatsız hərəkətləri ilə iki nüvə silahlı dövləti hərbi qarşıdurmaya yaxınlaşdırıb. Ölkənin Xarici İşlər Nazirliyi Hindistanın təcavüzünün qadın və uşaqlar da daxil olduğu dinc əhalinin ölümü ilə nəticələndiyini vurğulayıb.

Bundan əvvəl Hindistan Müdafiə Nazirliyi Pakistan ərazisinə raket zərbəsi endirib. Hücum nəticəsində 12 nəfər həlak olub. Həmçinin 55 nəfərin yaralandığı bildirilir.

Pakistanın cavab zərbələri ilə Hindistanın hərbi obyektləri məhv edilib. İslamabad həmçinin Hindistana məxsus 5 Rafael qırıcısının vurulduğunu elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR