Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Santa-Katarina ştatında hava şarı qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Jorjinyu Melu “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, şarın içərisində 21 nəfər olub:
"Hadisə nəticəsində 8 nəfər həlak olub, 13 nəfər sağ qalıb".
Məlumata görə, naməlum səbəbdən hava şarında yanğın baş verib və şar qəzaya uğrayıb.
@@TVmusavat/118795@@
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ