İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko ilə Trampın elçisi 6,5 saat söhbət edib

Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun görüşü 6.5 saat davam edib.

Musavat.com Lukaşenkonun mətbuat katibi Natalya Eysmontun "The New York Times"a açıqlamasına istinadən xəbər verir ki, görüşdə Minskə qarşı sanksiyalar, onun Rusiya və Çinlə münasibətləri və Ukrayna münaqişəsi müzakirə olunub.

Qeyd edək ki, görüşdən sonra Belarus hakimiyyəti 14 nəfər məhbusu, o cümlədən Lukaşenkonun siyasi rəqibi olan Svetlana Tixanovskayanın əri Sergeyi azad edib. Mətbuat katibinin sözlərinə görə, Sergeyin azadlığa buraxılması qərarı respublika prezidenti Aleksandr Lukaşenko tərəfindən sırf humanitar səbəblərə görə verilib: "Prezident 14 məhkumu əfv etmək qərarına gəlib. Bu, Amerika Birləşmiş Ştatlarının prezidentinin xahişi idi. Onlar əsasən əcnəbilərdir: iki Yaponiya vətəndaşı, üç Polşa vətəndaşı, iki Latviya vətəndaşı, eləcə də Estoniya, İsveç və ABŞ vətəndaşları. Siyahıda bir neçə belarus da var ekstremizm və terror fəaliyyətinə görə həbs edilmişdilər. Onların arasında Tixanovskinin azadlığa buraxılması qərarını prezident sırf humanitar səbəblərə görə, onun ailəsini qovuşdurmaq məqsədi ilə qəbul edib”.

2021-ci ildə Qomel vilayət məhkəməsi Sergey Tixanovskini kütləvi iğtişaşlar hazırlamaq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR