İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Bəndər-Abbasda yerləşən İranın hərbi-dəniz bazasını VURDU

İsrail Bəndər-Abbasda yerləşən İranın hərbi-dəniz bazasında hərbi gəmiyə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə İranın müxalifət mediası məlumat yayıb və hadisənin görüntülərini dərc edib.

Məlumatlara görə, hücum İranın strateji cənub sahillərində – Hörmüz boğazına yaxın ərazidə yerləşən Bəndər-Abbas liman şəhərindəki hərbi-dəniz bazasında qeydə alınıb. Hədəf İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi olub. Hadisənin təfərrüatları və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İran tərəfi liman sahillərindəki hərbi gəmilərinin də vurulduğuna dair məlumat yayıb. Münaqişə başlayandan bəri ilk dəfədir ki, İranın Fars körfəzindəki hərbi donanmasına zərbə endirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR