İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə endirdiyi strateji zərbələrin DETALLARINI AÇIQLADI -19-cu dalğa BAŞLADI

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü və mətbuat nümayəndəsi ötən 3 gün ərzində İsrailə edilən hücumlarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, açıqlamada bildirir ki, ötən gecə həyata keçirilən “Və'də-əs-Sadiq 3” əməliyyatının on səkkizinci dalğası Hava-Kosmik Qüvvələrinin son zamanlar apardığı ən uğurlu raket və pilotsuz uçuş aparatları hücumlarından biri olub.

Əməliyyat zamanı yeni taktiki üsullar tətbiq edilərək Hayfa və Təl-Əvivdə yerləşən 14 strateji hərbi obyekt uğurla vurulub.

Qeyd edilib ki, xüsusilə Hayfa şəhərinin mərkəzindəki “Sail Tower” göydələni "AI12 Labs" Süni İntellekt şirkətinin və digər müdafiə sənayesi proqram təminatı şirkətlərinin ofisinə ev sahibliyi etdiyi üçün uzun mənzilli Qədir F raketi ilə məhv edilib. Bundan başqa, əməliyyat çərçivəsində Hedera Elektrik Stansiyası, Hayfa Neft Emalı Zavodu, Ovda Hərbi Hava Bazası, Kiryat Gat yarımkeçirici sənaye bölgəsi və Hayfa Raffael Mərkəzi də hədəfə alınıb.

Habelə, 19-cu dalğa çərçivəsində çoxsaylı intiharçı və hücum pilotsuz uçuş aparatları artıq İsrailin işğal altındakı ərazilərinin şimalından cənubuna qədər strateji nöqtələrə doğru hərəkətə başlayıb.

İran tərəfi bu hücumların İsrailin hava müdafiə sistemlərini çaşdıraraq onların müdafiə balansını pozacağını və əməliyyatların davamlı və fasiləsiz olacağını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR