Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Asmik Akopyan baş nazir Nikol Paşinyanın Moskvada keçirilən Qələbə tədbirlərində iştirakı ilə bağlı tənqidləri əsassız hesab edib.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.
“Ermənistan baş naziri niyə bu tədbirdə iştirak etməməli idi? Rusiya bizim üçün mübahisəli tərəf deyil, biz tərəfdaş ölkələrik və ikitərəfli maraqları nəzərə alaraq əməkdaşlıq edirik”, - deyə erməni deputat bildirib.
Jurnalistlərin “Ermənistan baş nazirinin müttəfiq sayılan ölkəyə səfəri zamanı həmin ölkənin prezidentilə rəsmi görüş keçirməməsini necə qiymətləndirirsiniz?” sualına isə Akopyan belə cavab verib:
“Mən bunu dəyərləndirə bilmərəm, çünki rəsmi ikitərəfli görüş olmaya da bilərdi, amma başqa formatlarda əlaqələr olub. Bu, mütləq bayraq asmaq, bir yerdə əyləşmək və danışmaqla məhdudlaşmır. Ünsiyyət müxtəlif formatlarda da baş tuta bilər”.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ