Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsində ifadə verməyə çağırılacaq.
Musavat.com xəbər verir ki, məlumatı Komitənin respublikaçı sədri Ceyms Komer "Fox News"a müsahibəsində açqılayıb.
Onun sözlərinə görə, keçmiş vitse-prezident Co Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı dindiriləcək: "Kamala Harrisin Kaliforniya ştatının qubernatorluğuna namizəd olmamasının digər yaxşı tərəfi odur ki, onun gəlib Nümayəndələr Palatasının Nəzarət Komitəsinə Baydenin idrak qabiliyyətinin azalması ilə bağlı ifadə verməyə daha çox vaxtı olacaq. Kamala Harrisin məhkəməyə çağırılma ehtimalı çox yüksəkdir".
Harris daha əvvəl bildirmişdi ki, gələn il Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyəcək. O, 2021-ci ildə ABŞ-ın vitse-prezidenti olmamışdan əvvəl dörd il Kaliforniyadan senator və 2011-ci ildən 2017-ci ilə qədər ştatın baş prokuroru vəzifəsində çalışıb.
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ