Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Musavat.com-a Penitensiar xidmətdən məlumat verilib.
Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ