İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS Uitkoffun Qəzzada nizamlanma təklifindən narazıdır

Qəzza zolağında atəşkəs və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun göndərdiyi girovların azad edilməsi ilə bağlı təklifləri HƏMAS hərəkatını qane etmir.

"Report"un məlumatına görə, bu barədə mənbəyə istinadən "Axios" məlumat yayıb.

"HƏMAS Uitkoffun yeni təkliflərindən razı deyil", - “Axios”un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb və İsrailin maraqlarına xidmət etdiyini bildirib.

Mənbənin sözlərinə görə, təkliflərdə ABŞ-nin müvəqqəti atəşkəsin daimi olacağına dair dəqiq zəmanətləri yoxdur; əgər danışıqlar 60 gündən çox davam edərsə, atəşkəs də qüvvədə olacaq və İsrail onu pozmayacaq.

HƏMAS rəhbərliyinin hələlik layihədən imtina etmədiyi, lakin ondan məyus olduğu dəqiqləşdirilir. Jurnalist əlavə edib ki, İsrailin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi ona deyib ki, ölkə kəşfiyyatının məlumatına görə, hərəkat xüsusi elçinin təklifini rədd edəcək.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Uitkoffun planını qəbul etdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR