İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin qəzada şəhid qardaşı da həyatını itirib - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.

Musavat.com unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu şəhid Pərvin İsgəndərovun qardaşıdır.

Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR