Onlayn ictimai-siyasi qəzet
İçərisində təxminən 200 nəfərin olduğu Meksika Hərbi Dəniz Qüvvələrinin yelkənli gəmisi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.
Musavat.com xəbər verir ki, məlumatı New York Post yayıb.
Bildirilir ki, dünən axşam saatlarında Meksika Hərbi Dəniz Qüvvələrinin yelkənli təlim gəmisi Cuauhtemoc-un dirəklərindən biri Bruklin körpüsünə çırpılıb, göyərtəni sındırıb və deşib.
Nəşr yazır ki, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır. Təcili yardım xidmətləri İst-River çayında suya düşənlərin tapılması üçün çalışmalara başlayıblar. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.
Meksika Hərbi Dəniz Qüvvələri insidenti təsdiqləyib və bildirib ki, yerli hakimiyyət orqanları ilə birlikdə heyət və texnikanın vəziyyəti qiymətləndirilir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ