İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"da yeni Ramos: "4" nömrəni geyinmək istəyir

"Real"ın gənc müdafiəçi Din Heysenu transfer etdiyi barədə məlumat vermişdik.

20 yaşlı ispan "Kral klubu"nda "4" nömrəli formanı geyinmək istəyir. Belə ki, onun idealı "Real Madrid"in əfsanəvi kapitanlarından olan Serxio Ramosdur. Buna baxmayaraq, gənc ulduzun arzusu gerçəkləşməyə bilər, çünki hazırda həmin nömrəli formanı David Alaba geyinir.

Serxio Ramos daha öncə sosial şəbəkə səhifəsi vasitəsilə həmyerlisinə uğurlar arzulayıb: "Uğurlar, qardaşım. Arzularının ardınca get".

Qeyd edək ki, Madrid təmsilçisi D.Heysen üçün "Bornmut"a 60 milyon avro ödəyib. Futbolçu ilə müqavilənin müddəti 2030-cu ilədəkdir.   (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR