İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda Boeing təyyarəsinin qəzaya uğramasında diversiya şübhəsi

Hindistanın qərbində "Boeing" sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi diversiya (sabotaj) ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya naziri Murlidhar Mohol açıqlama verib.

Nazirin sözlərinə görə, ilkin araşdırmalar hadisənin texniki nasazlıqla yanaşı qəsdən törədilmiş təxribat nəticəsində baş verməsi ehtimalını istisna etmir.

Mohol qeyd edib ki, qəzanın səbəblərini müəyyən etmək üçün müstəqil komissiya yaradılıb və təhqiqat bütün mümkün versiyaları araşdıracaq. O əlavə edib ki, istintaqın nəticələri ictimaiyyətə təqdim olunacaq.

Təyyarədə neçə nəfərin olduğu və xəsarət alanlarla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR