İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yenə bir addım önə keçirdi – Regionda sərhədlər bağlanır

 

Prezident İlham Əliyevin bir il əvvəl səsləndirdiyi və çoxlarının o zaman tam anlamadığı bir qərar bu gün region üçün həyati əhəmiyyət daşıyan uzaqgörənlik nümunəsinə çevrilib.

Musavat.com xəbər verir ki, o zaman dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının təkcə pandemiya ilə bağlı olmadığını, bu addımın arxasında regional təhlükəsizlik, geosiyasi sabitlik və milli maraqların qorunması məqsədlərinin dayandığını bildirmişdi. İndi isə o sözlərin nə qədər ciddi və irəliyə hesablanmış olduğu acı bir reallıqla sübut olunur.

Çünki indi – İran və İsrail arasında müharibə alovları yüksəldikcə – bölgə ölkələri sərhədləri təcili bağlamağa başlayıblar. Son olaraq Pakistan İranla bütün quru sərhədlərini rəsmi şəkildə bağladığını elan etdi. Türkiyə–İran sərhədi boyunca isə minlərlə insan təhlükədən qaçaraq keçid məntəqələrinə axışır. Humanitar böhran və təhlükəsizlik riski artıq realdır.

Amma Azərbaycan?

Azərbaycan bu xaosdan kənardadır. Çünki o addım vaxtında atıldı. İlham Əliyevin verdiyi qərar nəticəsində bu gün Azərbaycan öz sərhədlərində sabitliyi qoruyur, risklərə qarşı hazırlıqlıdır və bölgədə təhlükəsizlik məsələsində bir addım öndədir.

Bu, sadəcə bir “önləyici tədbir” deyildi – bu, dövlətçilik baxımından strateji bir yanaşma, uzaqgörən liderlik qərarı idi.

Bugünkü tablo göstərir ki, sərhədləri zamanında bağlayanlar indi sərhədlərini qoruya bilirlər. Digərləri isə indi – gecikmiş şəkildə – eyni addımı atmağa məcbur qalıblar.

Musavat.com Prezidentin 1 il öncə etdiyi örnək və uzaqgörən çıxışın kiçik bir hissəsini oxucularına təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR