Onlayn ictimai-siyasi qəzet
Şərtlər son dərəcə sadə olsa da, indiyə qədər burada bir ay belə işləyə bilən olmayıb.
Valyuta.az xəbər verir ki, dalğalara qarşı dayanan və dünyanın ən təhlükəli dəniz fənərləri arasında göstərilən "La Jument" mayakı həm mövqeyi, həm də təbiət şəraiti baxımından olduqca qorxuducudur.
Atlantik okeanına doğru uzanan qərb sahilində, Uşan adasından təxminən 300 metr məsafədə yerləşən bu mayak nəhəng dalğalar və güclü fırtınalarla mübarizə aparır.
Fransada yerləşən və dünyanın ən təhlükəli mayaklarından biri hesab edilən "La Jument"də işləmək üçün gözətçi axtarılır.
Lakin illik 40 milyon lirə (1 milyon 920 manat) məvacib təklif olunmasına baxmayaraq, hələlik burada uzun müddət işləməyə dözən tapılmayıb. İndiyədək heç kim aylıq maaşını tam qazana bilməyib və ən uzun işləyən şəxs cəmi 9 gün dayana bilib.
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ