İnsanlara hürriyət, millətlərə istiqlal!

İran MAQATE rəhbərini düşmən elan etdi

MAQATE-nin baş direktoru Rafael Qrossinin İranın zədələnmiş nüvə obyektlərinə baş çəkməkdə israr etməsi mənasızdır və hətta pis niyyətli ola bilər.

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X hesabında yazıb: “Rafael Qrossinin təhlükəsizlik zəmanəti bəhanəsi ilə bombalanmış ərazilərə baş çəkməkdə israr etməsi mənasızdır və hətta pis niyyətli də ola bilər. İran öz maraqlarını, xalqını və suverenliyini qorumaq üçün istənilən tədbirləri görmək hüququnu özündə saxlayır”.

Əraqçinin sözlərinə görə, İranın agentliklə əməkdaşlığı dayandırması birbaşa Qrossinin və MAQATE-nin fəaliyyətinin nəticəsidir: “O, öz zərərli hərəkətləri ilə MAQATE-nin Rəhbərlər Şurası tərəfindən İrana qarşı siyasi motivli qətnamənin qəbul edilməsinə, eləcə də İsrail və Amerikanın İranın nüvə obyektlərini qanunsuz olaraq bombalamasına bilavasitə töhfə verib”.

İranın xarici işlər naziri əlavə edib ki, MAQATE və onun baş direktoru bu acınacaqlı vəziyyətə görə tam məsuliyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR