İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri son kartını oynayır - Bakıdan REAKSİYA

İranın Ermənistandakı səfiri Mehdi Sobhani anti-Azərbaycan ritorikasından əl çəkmir. Səlahiyyət müddəti bu ay başa çatan səfir sanki son dəfə öz sifətini göstərir. Ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyini ifadə edən Mehdi Sobhani rəsmi Bakı tərəfdə hiddət doğuran növbəti açıqlamalar verib.

Səfir bildirib ki, Qərbi Azərbaycan rayonlarını Sünik vasitəsilə Naxçıvanla birləşdirən yolun “dəhliz” adlandırıldığını eşitməyib. Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində bu ifadədən istifadə etməsinə münasibət bildirən səfir iddialarla çıxış edib:

““Dəhliz” adlı heç nə mövcud deyil. Söhbət yoldan gedir — nə sülh sazişində, nə də imzalanmış bəyanatda dəhlizdən söz açılır. Heç bir dəhliz olmayacaq, zorla heç nə alınmaz”.

SONA SON.jpg (56 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, İranın Zəngəzur dəhlizini yol, cığır, iz adlandırması heç nəyi dəyişməyəcək:

“Molla rejiminin İrəvandakı nümayəndəsinin açıqlamaları, sərsəmləmələri əslində İranın Zəngəzur dəhlizinin açılması fonunda çarəsiz və əlacsız qalmasının göstəricisidir. Beynəlxalq güclər, böyük oyunçular Tehranın Zəngəzurla bağlı “qırmızı xətti”ni tapdalayıblar. İndi molla rejimi bu cür cəfəng ifadələrlə əslində özlərinin necə çıxılmaz vəziyyətə düşdüklərini göstərir.

Zəngəzur dəhlizi açılacaq və oradan Naxçıvana birbaşa marşrut olacaq. Buradan ən çox qazanc əldə edən isə Azərbaycan və Ermənistandır. Bu qədər çabaya rəğmən, İran demək olar ki, heç nə əldə edə bilmir. Əslində, Ermənistan “böyük bacısı” İrana bu dəfə də badalaq gəldi. Tehran rejimi İrəvandakı Paşinyan rejiminin onları aldatmasını həzm edə bilmir. Hətta 2022-ci ildə Tehran rejiminin Zəngəzur siyasətini Moskva belə dəstəkləməmişdi. İndi beynəlxalq logistika mərkəzi məhz Zəngəzurdan keçəcək. İranın böyük iqtisadi layihələrdən kənarda qalması mollaları tədirgin etməkdədir.

Əslində, vaxtında Azərbaycanın istəklərinə müsbət yanaşsaydı, İran da “Bir kəmər, bir yol” kimi layihələrdən öz nəsibini alardı. Amma həmişə olduğu kimi, bu dəfə də “artıq tamah baş yarır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR