Onlayn ictimai-siyasi qəzet
12 günlük müharibə zamanı İrana minlərlə kiberhücum edilib.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi məlumat verib.
Onun sözlərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin təqdim etdiyi məlumata əsasən, 12 günlük müharibədən əvvəl və sonra İrana qarşı ümumilikdə 22 min kiberhücum həyata keçirilib.
Abbas Qudərzi bu hücumları İrana qarşı “genişmiqyaslı müharibənin göstəricisi” kimi dəyərləndirib.
Qapalı parlament iclasında Milli Kəşfiyyat Şəbəkəsinin fəaliyyəti də müzakirə olunub. Millət vəkilləri bu sahədə nazirliyin fəaliyyətini sərt tənqid edərək ciddi iradlarını bildiriblər.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ