Onlayn ictimai-siyasi qəzet
İran və Avropa Üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üzrə danışıqların yeni raundunun keçiriləcəyi yer və tarix məlum olub.
Musavat.com İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayinin açıqlamasına istinadən xəbər verir ki, görüş iyulun 25-də İstanbulda keçiriləcək.
Bəqayi İranın dövlət televiziya və radio şirkətinin sualını cavablandırarkən deyib: “Avropa ölkələrinin xahişinə cavab olaraq, İran JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı – red.) üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib”.
Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İranı Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ