İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada yerləşdiriləcək Avropa qoşunlarının fəaliyyət planı hazırlanıb  

Avropa ordularının rəhbərləri amerikalı generalların iştirakı ilə hazırlanmış 10 mindən çox hərbçidən ibarət kontingentin Ukraynaya yerləşdirilməsi ilə bağlı müfəssəl plan hazırlayıblar.

Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) avropalı diplomata istinadən yayıb.

Plana əsasən quru qoşunları iki qrupa bölünəcək. Biri Ukrayna hərbçilərinə təlim keçmək və onlara yardım göstərməklə məşğul olacaq, ikincisi isə “gələcəkdə Rusiyanın mümkün işğalının qarşısını almaq üçün” ayrıca “çəkindirici qüvvə” kimi saxlanacaq.

Diplomat əlavə edib ki, Ukrayna səmasında hava patrulları ölkə hüdudlarından kənarda yerləşən hərbi hava qüvvələri tərəfindən həyata keçiriləcək. Planların hazırlanmasında amerikalı generalların, o cümlədən NATO-nun Avropadakı birgə komandanlığının rəhbərinin iştirak etdiyi qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR