İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan qarışdı, hər kəs onun məhkəməsi önündə - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya vətəndaşı, erməni əsilli iş adamı Samvel Karapetyanın İrəvanda keçirilən məhkəmə prosesi önündə gərginlik yaşanır. Milyarder Karapetyanın barəsində seçiləcək həbs-qətimkan tədbiri ilə bağlı qərarın açıqlanması gözlənildiyi bir vaxtda, Ermənistan paytaxtındakı məhkəmə binası qarşısında yüzlərlə insan toplaşıb.

Gecə saatlarında çəkilmiş görüntülərdə məhkəmə binası qarşısında izdiham, polis sıraları və təhlükəsizlik tədbirləri müşahidə olunur. Rusiya mətbuatı, xüsusilə TASS agentliyi hadisə yerindən foto və video materiallar yayımlayıb. Görüntülərdə narazı vətəndaşların Karapetyanın azadlığa buraxılmasını tələb etdiyi eşidilir.

Samvel Karapetyanın vəkili məhkəmə iclası zamanı irəli sürülən ittihamları tamamilə əsassız və qeyri-inandırıcı adlandırıb. O bildirib ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar hüquqi baxımdan zəif və qeyri-ciddidir.

Xatırladaq ki, Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən “Tashir Group” şirkətlər qrupunun rəhbəridir və Ermənistanın siyasi və iqtisadi mühitində ciddi təsir gücünə malik fiqur hesab olunur. Onun saxlanılması Ermənistan-Rusiya münasibətləri fonunda geniş ictimai və siyasi müzakirələrə səbəb olub.

Hazırda İrəvan məhkəməsində Karapetyanın taleyini müəyyən edəcək qərarın elan olunması gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, məhkəmə binası qarşısında toplaşan kütlə hadisələri diqqətlə izləyir və prosesin gedişatına reaksiya verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR