Onlayn ictimai-siyasi qəzet
İrəvanın Nor Nork rayon məhkəməsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com xəbər verir ki, məhkəmə binası polis əməkdaşları tərəfindən tam mühasirəyə alınıb.
Ərazidə yalnız sıravi polis əməkdaşları deyil, yüksək rütbəli rəhbər şəxslər də xidmət aparır. Məlumata görə, hazırda hadisə yerində Ermənistan polis qüvvələrinin komandanı, general-mayor Hayk Babayan və polis rəisinin müavini, polkovnik Karen Akopyan da var.
Xatırladaq ki, bu gün baş yepiskop Baqrat və “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarı ilə bağlı həbs məsələsinə baxılması gözlənilir. Onlara qarşı “terror aktına hazırlıq” və “hakimiyyətin zəbt olunmasına cəhd” kimi ittihamlar irəli sürülüb.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ