Onlayn ictimai-siyasi qəzet
İsrail İrana qarşı yeni bir əməliyyat hazırlayır. Bu fonda 2024-cü ildə Livanda "Hizbullah" üzvlərinin peycerlərinin kütləvi şəkildə partladılması "demək olar ki, sadə" görünəcək.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter Amerika televiziyası "Merit Street"ə açıqlamasında bildirib.
“Bir neçə sürpriz hazırlamışıq. Toz-duman çəkiləndən sonra, cümə axşamı və cümə günü siz elə sürprizlər görəcəksiniz ki, peycer əməliyyatı onların fonunda demək olar ki, sadə görünəcək”, – deyə Leyter bildirib.
Qeyd edək ki, 2024-cü ilin 17 və 18 sentyabr tarixlərində Livanın müxtəlif bölgələrində əsasən peycer və rabitə cihazlarının partladılması nəticəsində çoxsaylı partlayış baş verib.
Livan rəsmilərinin məlumatına görə, hadisə nəticəsində 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb.
“Hizbullah” partlayışların məsuliyyətini İsrailin üzərinə qoyub. Daha sonra İsrailin rəsmi nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ