İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Natanzda İranın yeraltı atom qurğularını zədələyib: Bütün Şərq təhlükədə  – MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın mərkəzindəki Natanz nüvə obyektinə "birbaşa təsir" qeydə alıb.

Musavat.com xəbər verir ki, agentlik bunu peyk görüntülərindən istifadə edərək müəyyənləşdirib.

MAQATE-nin X hesabında yerləşdirilmiş məlumatda qeyd olunur ki, iyunun 14-də İsrailin endirdiyi zərbələrdən sonra toplanmış yüksək ayırdetməli peyk görüntülərinin davam edən təhlili əsasında Agentlik Natanzdakı yeraltı zənginləşdirmə qurğularına birbaşa təsir göstərən əlavə izlər müəyyən edib.

Qeyd olunur ki, İsfahan və Fordodakı nüvə obyektləri ilə bağlı hesabatlarda heç bir dəyişiklik aşkar edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR