Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın İstanbul görüşünə hansı məqsədlə qatıldığının hələ də aydın olmadığını bildirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə açıqlamasında nə Kiyevin, nə Ankaranın, nə də Vaşinqtonun Kremlin planlarından xəbərdar olmadığını deyib.
“Bizdə – yox, Türkiyədə – yox, ABŞ-da da – yox,” – deyə Zelenski Rusiyanın niyyətləri ilə bağlı qeyri-müəyyənliyi vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqı və ABŞ ilə birgə yeni diplomatik addımlar hazırlayır.
Zelenski əlavə edib ki, hamı ciddi sülh istəyir və Rusiya buna getməlidir. O, ABŞ-dan sanksiyalar məsələsində daha qətiyyətli mövqe gözlədiyini də qeyd edib.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ