İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul görüşündə Rusiya bu mövzunu açmadı: Kremlin "Hörümçək sükutu" - Ukrayna XİN

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında rus hərbi təyyarələrinin Ukrayna tərəfindən məhv edilməsi mövzusu qaldırılıbmı?

Musavat.com xəbər verir ki, bu suala Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy brifinq zamanı cavab verib.

“Bildiyim qədərilə, bu məsələ danışıqlarda gündəmə gətirilməyib. Amma bu barədə daha dəqiq cavabı nümayəndə heyətindən öyrənmək lazımdır. Görüşdən dərhal sonra mətbuat konfransına tələsdiyimiz üçün bu barədə həmkarlarla müzakirə aparmamışıq. İndi deyə bilmərəm ki, bu məsələ qaldırılıb, ya yox. Ola bilsin, sonradan bu barədə şərh verə bilim”, – deyə Tixiy bildirib.

Ukrayna XİN rəsmisi əlavə edib ki, Ukraynanın hərbi hədəfləri legitim xarakter daşıyır və ölkə olaraq atəşkəsə hazır olduqlarını bir daha bəyan ediblər: “Ukrayna 11 mart tarixindən bəri atəşkəslə bağlı tam hazır olduğunu ifadə edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR