İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən qızı anası 1800 manata satıbmış - FOTO

Ötən ilin fevral ayından itkin düşən 6 yaşlı qızın valideyni tərəfindən satıldığı üzə çıxıb.

Cənubi Afrikada ana altı yaşlı qızını cəmi 800 funt-sterlinqə ( təxminən 1800 manat)"şəfaçı"ya satdığı üçün ömürlük həbs cəzası alıb.

Racquel "Kelly" Smith, sevgilisi Jacquen Appollis və dostu Steveno van Rhyn adam oğurluğu və insan alverinə görə ittiham olunub. Məhkəmə zamanı məlum olub ki, "şəfaçı" qızın açıq dərisi və gözlərinə görə onu istəyib. Qızcığaz Joshlin Smith ötən ilin fevralında yoxa çıxıb və bu günə qədər tapılmayıb.

Hakim Nathan Erasmus bildirib ki, hər üç nəfərə bərabər cəza verilib: insan alverinə görə ömürlük, adam oğurluğuna görə isə 10 il həbs. Ana ifadə verməkdən imtina edib, amma qonşusu onun uşağını "sangoma"ya - ənənəvi şəfaçıya verdiyini təsdiqləyib. Hətta bir müəllim bildirib ki, ana uşağın artıq gəmidə Qərbi Afrikaya aparıldığını deyib.

Joshlinin nənəsi isə göz yaşları içində bildirib: "Hansı cəza onu geri gətirəcək ki?" Polisin sözlərinə görə, uşağın paltarları və qanlı bıçaq tapılsa da, qız hələ də yoxa çıxmış sayılır. Məqsəd isə hələ də onu sağ-salamat tapmaqdır./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR