Onlayn ictimai-siyasi qəzet
Ötən gün Dioqo Jotanın avtomobil qəzasında həyatını itirməsi ilə futbol dünyası şoka düşdü.
Daha bir futbolçu qəzaya uğrayıb.
"Legiya"nın 17 yaşlı oyunçusu Ksaveri Ejevski avtomobil qəzası nəticəsində hospitala aparılıb. Onun vəziyyəti ağırdır, maşında olan bacısı isə hadisə yerində keçinib.
İlkin təxminlərə görə, qəzaya sürət həddinin aşılması səbəb olub. Avtomobil yoldan çıxaraq, ağaca çırpılıb.
Xatırladaq ki, ötən gün "Liverpul"un futbolçusu Dioqo Jota və qardaşı maşın qəzasında dünyasını dəyişib. (Offsideplus.az)
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ