İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist olduğunu deyən xanım məhkəmədə həbs edildi - Tanışını nazirliyə işə düzəldəcəkmiş…

Özünü “İctimai Nəzarət TV” youtube kanalının baş muxbir-jurnalisti kimi təqdim edərək dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Sevinc Qocayeva təkrar dələduzluq əməli törətməkdə təqsirli bilinib.

İttihama görə Sevinc Qocayeva Balakəndə tanıdığı Jasmin adlı xanımdan onu Balakən Rayon Mədəniyyət Mərkəzinə işə düzəltmək adı ilə 2500 manat alıb.

Mirvari adlı xanımdan isə ona təqaüd düzəltmək adı ilə 9100 manat pul alıb.

Zərəçəkmiş kimi tanınan Jasmin adlı xanım ali təhsilli olduğunu, iş axtardığını və Balakən Rayon Mədəniyyət Mərkəzində işləmək istədiyini bildirib. S.Qocayeva bu məqsədlə ondan 2500 manat alıb.

Elan olunmuş itrihamla özünü qismən təqsirli bilən S.Qocayeva hər iki şəxsdən pul aldığını etiraf edib. Lakin deyib ki, Mirvari adlı tanışına 2500 manat qarşılığında təqaüd düzəldəcəyini deyib. Ona 2500 manat əvəzinə qızıl verilib.

Onun sözlərinə görə, zərərçəkmişin həmin qızılların dəyərinin 9100 manat olması bardə dedikləri yalandır.

Ekspertiza da Mirvari adlı zərərçəkmişin Sevincə verdiyi qızılların dəyərinin 9100 manat olmadığını təsdiq edib. Rəyə əsasən Sevincə verilən qızılların bazar dəyəri 3 min manat olub.

O, zərərçəkmiş şəxslərə vurduğu ziyanın az bir hissəsini geri ödəyib.

Zərərçəkmişlərin ifadəsindən mılum olub ki, Sevinc Qocayeva Zaqatala şəhər sakini olduğunu, Bakı şəhərində yaşadığını deyib. Həmçinin özünü Heydər Əliyev Fondunda yüksək vəzifədə işləyən şəxs kimi təqdim edib.

Araşdırma zamanı məlum olub ki, Sevinc Qocayeva 2023-cü ildə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinərək 2 il 6 ay cəza alıb. Lakin himayəsində azyaşlı övladı olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkməsi azyaşlı övladı 14 yaşına çatanadək təxirə salınmışdı.

Növbəti dəfə eyni cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdırıb. Bu dəfə məhkəmə ona güzəşt etməyib. Məhkəmənin hökmü ilə Sevinc Qocayevanın indiki cəzası ilə daha əvvəlki cinayət işi üzrə cəzası birləşdirilib. Ona yekun olaraq 3 il azadlıqdan məhrum etmə cəzası təyib edilib və məhkəmə zalından həbsə alınıb.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR