İnsanlara hürriyət, millətlərə istiqlal!

Kallas Azərbaycanı Ermənistanla əldə edilmiş razılıqlar münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR