İnsanlara hürriyət, millətlərə istiqlal!

Kameranı söndürdüyünü zənn etdi, amma həmin anlar yayımlandı - FOTO

Keçmiş model və aktrisa Didem Uzel sosial şəbəkədə paylaşdığı duyğusal videosu ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Uzel çəkdiyi görüntülərdə ABŞ-a yenidən köç etmə prosesində yaşadığı çətinliklərdən danışıb.

2012-ci ildə iş adamı Selim Sarı ilə ailə həyatı quran və ABŞ-a köçən Didem 2016-cı ildə oğlu Leo Aslanı dünyaya gətirib. Son illərdə yenidən Türkiyəyə qayıdan məşhur sima bir daha ABŞ-a köçmək qərarı verdiklərini açıqlayıb.

Sükan arxasında olduğu zaman göz yaşlarını saxlaya bilməyən Didem Uzel həmin anları qeydə aldığını belə izah edib:

“Sönməsini istədiyim anda təsadüfən “qeyd” düyməsinə basmışam. Əslində 8 dəqiqəlik hisslərimi videoya almışam”.

Yaşadığı duyğusal prosesi isə bu sözlərlə ifadə edib:

“Oğlum Aslan ağlamasın deyə gizli-gizli ağlamışam. Uzun müddətdir göz yaşlarım üzümdən axmamışdı. Gülümsədiyimə baxmayın, mənim də çətinlik çəkdiyim anlar olur. Sevdiyim və bağlandığım xəyallara vida etmək çox çətindir”.

Həyat yoldaşının işi səbəbilə yenidən Nyu-Yorka köçəcəklərini bildirən Didem Uzel İstanbuldan tamamilə ayrılmadıqlarını vurğulayıb:

“İstanbulda da qalacağıq. Aslan bu il təhsilini Amerikada davam etdirəcək, amma həyatımızı iki ölkə arasında sürdürəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR