İnsanlara hürriyət, millətlərə istiqlal!

Klimov: Atəşkəs çağırışı Qərb ölkələrinin münaqişəyə qarışdığını sübut edir

Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov Ukraynanın xarici işlər nazirinin son açıqlamasında Qərb ölkələrinin Rusiyaya qarşı hərbi fəaliyyətlərdə iştirak etdiyinə dair dolaylı sübutlar olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə senator şəxsi Teleqram kanalında yazıb.

Klimovun sözlərinə görə, nazir Andrey Sibiqanın 12 maydan etibarən quru, hava və dənizdə ən azı 30 günlük tam atəşkəsə dair bəyanatı Ukraynanın müttəfiqlərinin Rusiya ərazisinə yönəlik hücumlarda birbaşa rol oynadığını göstərir.

“Bəs necə oldu, cənab Sibiqa və sizin "ağalarınız", Moskvanın dəfələrlə diqqət çəkdiyi mühüm nüanslar necə olacaq?! Sizin dedikləriniz birbaşa olaraq Ukraynanın müttəfiqlərinin bizə qarşı hücumlarda iştirak etdiyini göstərir,” – deyə Klimov qeyd edib.

Xatırladaq ki, mayın 10-da Kiyevdə Almaniya kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Polşa Baş naziri Donald Tusk və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüşün nəticəsi olaraq Zelenski tərəfdaşlarla birgə bəyanat yayıb. Bəyanatda Ukrayna və onun müttəfiqlərinin 12 maydan etibarən 30 gün müddətində tam və qeyd-şərtsiz atəşkəsə hazır olduqları vurğulanıb. Eyni zamanda bildirilib ki, əgər Rusiya bu təşəbbüsə qoşulmasa, Qərb ölkələri Rusiya bank və enerji sektorlarına qarşı daha sərt sanksiyalar tətbiq edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR