Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna arasında növbəti sülh danışıqları üçün konkret məkan və razılaşdırılmış qərar hələ yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O qeyd edib ki, danışıqların keçiriləcəyi yer yalnız bir tərəfin seçimi ilə müəyyən edilə bilməz: “Bunun üçün hər iki tərəfin razılığı lazımdır”, – deyə Peskov bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, bu məsələdə qarşılıqlı anlaşma olmadan prosesin irəliləməsi mümkün deyil və bu, mövcud diplomatik durğunluğu bir daha təsdiqləyir.
Peskov həmçinin Avropa İttifaqı daxilində fikir ayrılıqlarına diqqət çəkərək, hazırkı "meynstrimin" bir çox ölkələr tərəfindən qəbul olunmadığını və onların öz mövqelərini qoruduğunu vurğulayıb.
Ukrayna sərhədləri boyunca mümkün “bufer zonası”nın dərinliyi ilə bağlı suala isə Peskov cavab verməkdən imtina edib və bu məsələnin Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirib.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ