Onlayn ictimai-siyasi qəzet
Prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukraynaya böhranın əsas səbəblərinin aradan qaldırılmasının bütün aspektləri üzrə Rusiyanın memorandumunu təqdim etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi bəyanatında yer alıb.
Nazir Rusiyanın razılaşmaya əməl etdiyini iddia edib: "Rusiya tərəfi razılaşdırıldığı kimi, böhranın köklü səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyimizi əks etdirən müvafiq memorandum hazırlayıb. Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və növbəti iyunun 2-də İstanbulda davam etdiriləcək danışıqların ikinci raundunda lazımi izahatları verməyə hazırdır”.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ