İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə ilk dəfə “Eko Festival” keçirildi

Dövlət Turizm Agentliyinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 29-da Lerikdə ilk dəfə “Lerik Eko Festivalı” keçirilib.

Musavat.com xəbər verir ki, festivalın əsas məqsədi yerli turizm məhsullarını tanıtmaq, kənd turizminə dəstək olmaq, bölgə adət-ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda ekoturizm və aqrobiomüxtəliflik ehtiyatlarının inkişafına və fermerlərin turizm sahəsində fəaliyyətlərinə töhfə verməkdir.

Festivalda cənub bölgəsinin turizm, o cümlədən eko və aqroturizm imkanları üzrə sərgi, yerli istehsalçı və fermerlərin məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin yarmarkası keçirilib. Həmçinin məhsulların dequstasiyası və ustad təqdimatları təşkil edilib.

Ziyarətçilər festivalda həm regionun ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq, həm də Lerikin turizm potensialını daha yaxından tanımaq imkanı əldə ediblər.

Tədbir musiqili hissə və folklor kollektivlərinin çıxışları ilə yekunlaşıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR