İnsanlara hürriyət, millətlərə istiqlal!

Luqanskın keçmiş meri partlayışda HƏLAK OLDU

3 iyul 2025-ci il tarixində Luqansk şəhərinin mərkəzində baş verən partlayışda şəhərin sabiq meri Manolis Pilavov həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə “Luqansk İnformasiya Mərkəzi” məlumat yayıb.

Hadisə Taras Şevçenko küçəsində, Krayeved muzeyinin yaxınlığında qeydə alınıb. Məlumata görə, həmin vaxt orada "Potok əməliyyatı"na həsr olunmuş sərginin açılışı keçirilirmiş.

İlkin araşdırmalara əsasən, partlayışa səbəb əllə hazırlanmış partlayıcı qurğu olub. Nəticədə bir nəfər – Manolis Pilavov – dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə dərhal təcili yardım və hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR