İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronla bağlı ŞOK İDDİA

Fransadakı siyasi qeyri-sabitlik Avropa İttifaqının əsas müdafiə layihələrinin həyata keçirilməsini risk altına salır.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin redaksiya məqaləsində qeyd olunur ki, Fransa və Almaniyanın birgə reallaşdırdığı iki mühüm proqram - yeni nəsil əsas döyüş tankı MGCS (Main Ground Combat System) və altıncı nəsil qırıcı təyyarə FCAS (Future Combat Air System) - siyasi böhran səbəbindən təxirə salına bilər.

Məqalədə vurğulanır:

“Baş nazirlərin tez-tez dəyişdiyi, sabitliyin qeyri-müəyyən olduğu və səlahiyyət müddəti iki ildən sonra başa çatacaq zəif prezident Makronun rəhbərlik etdiyi bir ölkə ilə uzunmüddətli planlar qurmaq çətindir”.

Fransa və Almaniya Aİ-nin iki ən böyük iqtisadiyyatı olaraq bu layihələrin əsas maliyyə yükünü daşımalı idilər. Lakin qəzetin qeyd etdiyi kimi, Berlində siyasətçilər belə bir vəziyyətdə bu təşəbbüslərə maliyyə ayırmaqdan çəkinirlər, çünki “Fransada siyasi qüvvələrin daima dəyişdiyi şəraitdə iri miqyaslı müdafiə layihələrini həyata keçirmək çətindir”.

Planlara görə, FCAS 2040-cı ildən etibarən hazırkı Eurofighter qırıcılarını əvəz etməlidir. Almaniyanın DPA agentliyi daha əvvəl xəbər vermişdi ki, layihənin texniki və istehsal mərhələsində Parislə Berlin arasında komponentlərin bölüşdürülməsi məsələsində ciddi fikir ayrılıqları mövcuddur.

Eyni dövrdə istifadəyə verilməsi planlaşdırılan MGCS sistemi isə Almaniyanın Leopard 2 və Fransanın Leclerc tanklarını əvəzləməlidir. Hər iki təşəbbüs hələlik layihələndirmə mərhələsindədir.

Fransada davam edən siyasi böhran vəziyyəti daha da mürəkkəbləşdirir: son bir il ərzində ölkədə üç dəfə hökumət dəyişib. 6 oktyabrda baş nazir Sebastyan Lekornü istefa verdiyini açıqlasa da, prezident Makron onu cəmi dörd gün sonra yenidən eyni vəzifəyə təyin edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR